28 May ərəfəsində yeni əfv sərəncamı imzalanacaq?
“Əfv Komissiyası yanvardan bəri 6 iclas keçirib”. Bu sözləri SİA-ya açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib.
Onun sözlərinə görə, bu həftə də 7-ci iclas olacaq: “Çox güman ki, yekunlaşacaq sənədlər cənab Prezidentə təqdim olunacaq. Yəqin ki, 28 May ərəfəsində yeni əfv sərəncamı imzalanacaq. Hər il mart və ya may ayında əfv sərəncamları imzalanır.
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası adətən yanvar ayından işləməyə başlayır, müraciətləri təhlil edir və sənədlər hazır olandan sonra cənab Prezidentə təqdim olunur. Müraciətlərin müzakirəsindən asılı olaraq cənab Prezidentə sənədlər təqdim olunacaq. Sayca yeddinci iclas mayın 16-da keçiriləcək. Qurumun iclasları hələ davam edəcək. Mayın 16-da yeddinci iclas olacaq. Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 10-da əfv sərəncamı imzalayacağı gözlənilirdi.
Əfv məsələləri Prezidentin müstəsna səlahiyyətidir, humanizm və mərhəmət aktıdır. Komissiya iclaslarını yekunlaşdırandan sonra müsbət rəy verilmiş sənədlər toplanaraq cənab Prezidentə təqdim olunacaq. Yəqin ki, biz Prezident tərəfindən növbəti əfv sərəncamının imzalanmasının şahidi olacağıq”.