Cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan maddələrin dairəsi artır
Cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan maddələrin dairəsinə şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə halı da əlavə edilir. SİA xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur.
Qanun layihəsi Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Dəyişikliyə əsasən, həmçinin oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyasına üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təklif edilməsi, bu cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılması ilə az ağır cinayət hesab edilməsinə səbəb olur.