Sosial

Sədərəkdə Birinci Qarabağ müharibəsinin şəhidi Muxtar Məmmədovla vida mərasimi keçirilib


Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Muxtar Bayram oğlu Məmmədovun meyitinin qalıqları Sədərək rayonuna gətirilib. SİA– nın məlumatına görə, şəhidin nəşi Şərurda ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Muxtar Bayram oğlu Məmmədov 1973-cü il oktyabrın 28-də Sədərək rayonunun Dəmirçi kəndində anadan olub. O, 1994-cü il yanvarın 1-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

M.Məmmədov Şərur şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.