Ağ Ev “Moody’s”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib
ABŞ-nin keçmiş prezidenti Cozef Bayden və Konqresdəki demokratlar ölkənin artan borcunda təqsirkardır. Onlar inflyasiyanı gücləndiriblər və FED-i sadə amerikalılar üçün faiz dərəcələrini artırmağa məcbur ediblər. SİA-nın “Politico”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibinin müavini Kuş Desai bildirib.
“Əgər “Moody’s” hər hansı etibarlılığa malik olsaydı, onlar son dörd ildə baş verən maliyyə fəlakəti zamanı səssiz qalmazdılar”, – mətbuat katibinin müavini deyib.
Desai əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp və Respublikaçılar Partiyası hazırda Ağ Evin əvvəlki administrasiyasının “qarışıqlığını düzəltmək”lə məşğuldur.
Onun sözlərinə görə, işin bir hissəsi olaraq, Vaşinqton “hökumətdə israf, fırıldaqçılıq və sui-istifadə hallarını” azaldır.