Siyasət

Tokayevin rəhbərliyi altında Qazaxıstanın beynəlxalq səviyyədə nüfuzu artıb


Kasım-Jomart Tokayevin rəhbərliyi altında Qazaxıstan dayanıqlı inkişafdadır. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə ad günü münasibətilə zəng edərkən deyib.

Prezident İlham Əliyev Qazaxıstanın beynəlxalq səviyyədə nüfuzunun artdığını da vurğulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.