Dünya

ABŞ-da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib


ABŞ-da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni qan testinə icazə verilib. SİA xəbər verir ki, yeni qan testi Alzheymer xəstəliyini daha erkən aşkar edərək xəstələrin daha tez müalicəyə başlamasına şərait yaradır. ABŞ Qida və Dərman Agentliyinin məlumatına görə, bu testin effekti beyin skaneri ilə müqayisə edilə bilər.

Agentlik bildirir ki, yaşı 65-i keçən insanların 10 faizi Alzheymer xəstəsidir. Bu göstəricinin 2050-ci ilədək ikiqat artacağı gözlənilir.