İsrail ordusu Yəməndən atılan raketi ələ keçirdi
İsrailin hava hücumundan müdafiə sistemləri Yəməndən atılan raketi ələ keçirib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri ( IDF ) öz “Telegram” kanalında məlumat yayıb. “Bir müddət əvvəl İsrailin bir neçə bölgəsində səslənən sirenlərdən sonra Yəməndən atılan raketin qarşısı alınıb”, – məlumatda deyilir. Bundan əvvəl İDF sözçüsü Yəməndən raket buraxılışı və İsrailin hava hücumundan müdafiə sistemlərinin onun qarşısını almaq üçün gördüyü işlər barədə yazıb.