Sosial

Bakıda “Sürətin evolyusiyası” sərgisinin ikinci günü: superkarlar nümayiş olunub


Mayın 18-də “Sürətin evolyusiyası” layihəsinin ikinci günündə sürət avtomobillərinin, həmçinin superkarların nümayişi baş tutub. SİA xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, “Nazar Holdinq” və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmiş sərgidə müxtəlif növ sürət avtomobili təqdim edilib.

Səhər saat 11:00-dan başlayaraq axşam saat 19:00-dək davam edən nümayiş paytaxtın Əziz Əliyev küçəsindən Qoşa qala qapısının qarşısınadək olan ərazini əhatə edib.

Ümumiyyətlə, “Sürətin evolyusiyası” sərgisi keçirildiyi 2 gün ərzində ziyarətçilər həm müxtəlif növ avtomobilləri seyr edib, nəqliyyat vasitələri barədə daha geniş məlumat əldə etmək imkanı qazanıb, həm də avtomobil həvəskarlarının bir-biri ilə ünsiyyətinə şərait yaradılıb. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olub.