Dünya

Hindistanda yanğında 17 nəfər ölüb, yarısı uşaqdır


Hindistanın Heydərabad şəhərində baş vermiş yanğında 17 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə ANI yerli iqtidara istinadən bildirib.

Yanğın Departamentinin nümayəndəsi açıqlayıb ki, yanğın yerinə ilkin baxış güclü yanğının səbəbinin qısa qapanma olduğunu göstərib.

“Bütün 17 nəfərin ölüm səbəbi tüstüdən zəhərlənmə olub, heç kəsdə yanıq olmayıb”, – Telanqana Təbii Fəlakətlərə Reaksiya və Yanğın Mühafizəsi Xidmətinin baş direktoru Naqi Reddi deyib.

Telanqana Fövqəladə Hallar və Mülki Müdafiə İdarəsi tərəfindən dərc edilmiş siyahıda 10 yaşadək səkkiz uşağın adı var.