Dünya

Bayden xərçəng xəstəliyinin ağır formasına yoluxub


ABŞ-In keçmiş prezident Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub. SİA-nın məlumatına görə, bu barədə onun şəxsi ofisinin yaydığı bəyanatda deyilir. Bildirilir ki, xəstəlik 5-ci dərəcəli metastazla onun sümüklərinə keçib. Məlumata əsasən, hazırda Bayden və ailəsi həkimləri ilə birlikdə müalicə variantlarını nəzərdən keçirirlər.