Dünya

Netanyahu Qəzzada qələbə vəd etdi


Əməliyyatın bir-biri ilə əlaqəli iki məqsədi var. Bunlar HƏMAS-ın məhvi və girovların azadlığına nail olmaqdır. Biz hər ikisinə nail olacağıq. SİA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu etdiyi videomüraciətdə deyib. O, Qəzza zolağında qələbə qazanacaqlarını bildirib, lakin Dohada atəşkəslə bağlı davam edən danışıqlara toxunmayıb. Netanyahu həmçinin qeyd edib ki, İsrail terrorçuların və oxşar elementlərin (İsrail ərazisinə – red.) sızmasının qarşısını almaq üçün Qolan təpələrindən Eylata qədər İordan çayı boyunca sədd yaradacaq.