Dünya

Kral Çarlz Co Baydenə xərçəng diaqnozu ilə bağlı dəstək məktubu göndərib


Böyük Britaniya Kralı III Çarlz prostat xərçəngi diaqnozu qoyulan ABŞ-ın sabiq Prezidenti Co Baydenə dəstək məktubu ünvanlayıb. SİA “Independent”ə istinadla xəbər verir ki, hazırda özü də xərçəngdən müalicə alan Kral Çarlz, Baydenin diaqnozu ilə bağlı açıqlamadan sonra ona ən xoş arzularını çatdırıb.

Kral və Baydenin münasibətləri çox səmimi kimi xarakterizə olunur. Onlar sonuncu dəfə 2023-cü ilin iyul ayında Vindzorda çay süfrəsi və ikitərəfli danışıqlar çərçivəsində görüşüblər.

Qeyd edək ki, Co Bayden 2022-ci ildə Kraliça II Elizabetin dəfn mərasimində iştirak edib. Bundan əvvəl isə, 2021-ci ildə Qlazqoda keçirilən COP26 sammiti zamanı, o dövrdə Uels Şahzadəsi olan Kral Çarlzla ikitərəfli görüş keçirmişdi.