ABŞ Ukrayna məsələsinə qarışmamalı idi
ABŞ Avropanın problemi olaraq qalmalı olan Ukrayna münaqişəsinə qarışmamalı idi. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. “Düşünürəm ki, nə isə olacaq. Olmayacaqsa, sadəcə uzaqlaşacağam və onlar davam edəcəklər. Bu, Avropada qalmalı idi, lakin biz bu işə qarışdıq. Ona görə ki, öncəki administrasiya qəti şəkildə qarışmaq istədi. Belə olan halda, biz pul və digər məsələlər baxımından Avropadan daha çox bu işə cəlb olunduq”, – deyə Ağ Ev rəhbəri bildirib.