Dünya

İstanbulda yenə güclü zəlzələ oldu


Türkiyədə zəlzələ baş verib. SİA xəbər verir ki, yeraltı təkanlar saat 23:36 radələrində İstanbulun qərbində hiss olunub. Yerli sakinlər telefonlarına zəlzələ xəbərdarlığı gəlsə də, təşviş yaranmayıb.

Fövqəladə Hallar İdarəsi (AFAD) zəlzələnin episentrinin Böyükçekmece rayonu ilə üzbəüz Mərmərə dənizində olduğunu bildirib. Onun maqnitudası 4, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.