Putin Ukrayna ilə sərhəddə bufer zonasının yaradılmasını elan edib
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sərhəd boyunca təhlükəsizlik bufer zonasının yaradılması haqqında qərar qəbul edib. SİA xəbər verir ki, bu barədə o, hökumət üzvləri ilə keçirilən əməliyyat müşavirəsində bildirib. Rusiya dövlətinin başçısının sözlərinə görə, ölkənin silahlı qüvvələri artıq bu tapşırığı həyata keçirməyə başlayıb.
“Sərhədlər boyunca lazımi təhlükəsizlik bufer zonasının yaradılması barədə qərar qəbul edilib. Hazırda silahlı qüvvələrimiz bu məsələni həll edir”, – deyə Putin qeyd edib.