KOBİA-nın mətbuat konfransı keçirilib
Bu gün Bakı KOB evində Türk Dövlətlərinin iş dünyasının ən böyük görüşü olan “ll. Türk Ticarət Sərgisi -Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və sərgisinin mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirməklə başlayıb. Daha sonra media nümayəndələri və qonaqlara mövzu ilə bağlı videoçarx izlədilib.
Konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri Ramin Şərifov, Türk Ticarət Sərgisinin təşkilatçısı və ROK şirkətinin təsisçisi Aygün Əliyeva çıxışlarında “II. Türk Ticarət Sərgisi” haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, sərgi 10-12 iyun 2025-ci il tarixlərində Baku Ekpo Mərkəzində keçiriləcək.