Sosial

Bakı-Sumqayıt marşrutu üzrə qatarlar Müstəqillik Günündə hansı cədvəl üzrə hərəkət edəcək?


Qeyri-iş günü elan edilmiş 28 May – Müstəqillik Günü ilə əlaqədar Bakı–Sumqayıt–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin şənbə gününə uyğun qrafiklə təşkil olunacaq. Bu barədə SİA “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Sərnişinlər qatarların hərəkət cədvəli ilə www.ady.az rəsmi internet saytında və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə tanış ola bilərlər.