Dünya

Rusiyanın hərbi zavoduna zərbə endirildiyi təsdiqləndi


Ukrayna hərbçiləri Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərində yerləşən “Energiya” zavoduna zərbə endiriblər. Zavod Rusiyanın raketləri, bombaları və xüsusi texnikası üçün detallar istehsal edir. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, zərbənin hədəfə dəydiyi təsdiqlənib, ard-arda partlayışlar qeydə alınıb və müəssisənin ərazisində yanğın başlayıb. Ukrayna Baş Qərargahı bildirib ki, “Energiya” ASC-nin fəaliyyətinin dayanması Rusiyanın bəzi hərbi texnikaları və döyüş vasitələrini vacib enerji mənbələrindən məhrum edə bilər.

Qeyd edək ki, “Energiya” zavodu Rusiyada kimyəvi enerji mənbələrinin ən iri istehsalçılarından biridir. Bundan başqa, bu müəssisə planlaşdırılan və korreksiya olunan aviasiya bombalarına quraşdırılan modullar üçün batareyalar istehsal edən yeganə Rusiya şirkətidir.