İqtisadiyyat

ANAMA sığortaçı seçir


Minatəmizləmə Agentliyi (ANAMA) 3 285 işçisinin könüllü tibbi və fərdi qəza sığortası xidməti üzrə açıq tender elan edib. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 600 manatdır.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini iyunun 27-si, saat 17:45-ə qədər ANAMA-nın yerləşdiyi Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260 ünvanına təqdim edə bilərlər. Təkliflərə həmin gün qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, ötən il Minatəmizləmə Agentliyi işçilərinin könüllü tibbi və fərdi qəza sığortası “Qala Sığorta” ASC-yə həvalə olmuşdu. Bu xidmətlərə görə şirkətə 1,595 milyon manat ödənilib.