Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq. SİA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mayın 25-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.