Siyasət

Rəsmi Bakı Rusiya-Ukrayna münaqişəsinin siyasi dialoq yolu ilə həllinin tərəfdarıdır


Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi barədə razılıq mühüm irəliləyişdir. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.

XİN başçısı vurğulayıb ki, Azərbaycan Rusiya-Ukrayna arasında münaqişənin siyasi dialoq yolu ilə həllinin tərəfdarıdır:

“Biz tərəflər arasında sülhün əldə olunmasını arzulayırıq”.