Dünya

Rusiyada kərə yağının qiyməti 2014-cü ildən bəri üç dəfə artıb…


…Son on ildə (2014-2024-cü illər) ən ciddi qiymət artımı kərə yağı olub. Onun qiyməti üç dəfə artaraq kiloqramı üçün 339 rubldan 927 rubla yüksəlib.

SİA rus saytlarına istinadən xəbər verir ki, məlumatlar “İstehlakçıların hüquqlarının müdafiəsinin vəziyyəti haqqında” dövlət hesabatında yer alıb.

Qiymət artımı baxımından ilk üçlüyə həmçinin dondurulmuş balıq (2014-cü ildə kiloqramı 98 rubldan 2024-cü ildə 244 rubla qədər, yəni 2,5 dəfə artım) və alma (68-dən 160 rubla, 2,4 dəfə artım) daxil edilib.

Həmçinin, 2014-cü illə müqayisədə mal ətinin qiyməti iki dəfə artaraq kiloqramı 560 rubla (252 rubla qarşı), toyuq əti isə demək olar ki, iki dəfə bahalaşaraq kiloqramı 221 rubla (117 rubla) çatıb.

Parlament qəzeti hesabata istinadən yazır ki, südün qiyməti on il ərzində 1,9 dəfə artaraq 2014-cü ildəki 42 rublla müqayisədə litri 78 rubla çatıb.

Sənədə görə, vəziyyət 2019-cu ildən bəri az dəyişib. Yeganə fərq ondadır ki, o vaxt ilk üçlükdə alma yox, qiyməti 62 faiz artan ağ kələm olub.

Dördüncü yerdə alma, 35, 35 və 40 faiz qiymət artımı ilə mal əti və süd ardınca gəlir.

Əli Babayev