Sosial

Kür çayında suyun səviyyəsi 45 santimetr artıb


Avtomat hidroloji stansiyaların iyunun 7-si saat 9:00-a olan məlumatına əsasən bir neçə gündür bölgələrdə davam edən intensiv yağıntılar ilə əlaqədar bəzi çaylarda sululuq artıb. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 63, Vəlvələçayda 12, Qudiyalçayda 5, Katexçayda 3, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 4, Kürəkçayda 3, Zəyəmçayda 2, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11, Tərtərçayda 5, Tutqunçayda 3, Kür çayının aşağı axınında Kür-Zərdabda 10, Kür-Surra və Kür-Bankədə 11, Kür-Şirvanda 20, Kür-Salyanda isə 45 santimetr artım qeydə alınıb.