Pianoçumuz Londonda solo konsert proqramı ilə çıxış edib
Beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib. SİA xəbər verir ki, V.Babayeva konsertdə xarici bəstəkarların klassik əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarları Vaqif Mustafazadənin “Mart” və Sevda Məmmədlinin “Azərbaycan naxışları”, “Vətən uğrunda” kompozisiyalarını da məharətlə ifa edib.
Virtuoz ifası ilə fərqlənən pianoçu müxtəlif musiqi obrazlarını dinləyicilərə təqdim edərək alqışlarla qarşılanıb.
Qeyd edək ki, V. Babayeva London Transport Muzeyinin xüsusi seçilmiş 10 gənc musiqiçisindən biridir və hazırda dünyanın aparıcı musiqi məktəblərindən birində təhsil alır.