Litva köhnə pasportlu rusların üzünə qapını çırpır…
Litva sərhədçiləri Rusiya vətəndaşlarını Litva ərazisindən tranzit keçməklə Kalininqrad vilayətinə və geriyə gedən qatarlardan endirməyə başlayıblar.
Sonrakı səyahətdən imtina üçün əsas beş il müddətində etibarlı olan köhnə tipli qeyri-biometrik pasportların olmasıdır.
Bu hərəkətlər keçid dövrünün dayandırılması və biometrik sənədin olmasını tələb edən qaydaların Şengen zonasının ümumi normalarına tam uyğunlaşdırılması ilə bağlıdır. Sərnişinlərin yoxlanılması və endirilməsi Qena kimi sərhəd stansiyalarında aparılır.
Və bundan sonra vətəndaşların tranzit vizaları ləğv edilir və geri qayıtmaq üçün Belarus və ya Rusiya sərhədçilərinə təhvil verilir.
Son günlər bir neçə oxşar hadisə qeydə alınıb və bu, səyahət edənlərdə xeyli narahatçılığa səbəb olub.
Rusiya Xarici İşlər Nazirliyi Litva hakimiyyətinin bu cür hərəkətlərini təxribat və Kalininqrad tranziti ilə bağlı əvvəllər əldə edilmiş razılaşmaların pozulması adlandırıb.
Mövcud vəziyyətlə əlaqədar Rusiya rəsmiləri və Rusiya Dəmir Yolları Kalininqrada dəmir yolu ilə getməyi planlaşdıran bütün vətəndaşlara sərhəddə problem yaşamamaq üçün yalnız biometrik pasportlardan istifadə etməyi qətiyyətlə tövsiyə edir.
Əli Babayev