Rusiya səmasında 300-dən çox PUA vuruldu
Rusiya hava hücumundan müdafiə sistemləri Kursk və Oryol vilayətləri üzərində Ukraynaya məxsus 32 PUA-nı vurub. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Moskva vaxtı ilə saat 20:00-dan 23:00-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 32 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”, – nazirlikdən bildirilib. 27 PUA-nın Kursk vilayətində, daha beşinin isə Oryol vilayətində vurulduğu bildirilir. Nazirlik hücum nəticəsində həlak olanlar barədə məlumat verməyib. Ümumilikdə, son 24 saat ərzində Rusiya hava hücumundan müdafiə qüvvələri 300-dən çox PUA-nı vurub. Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinin (UAF) 4 pilotsuz kateri də məhv edilib.