Dünya

Ruslar sülh istəyirlər..?





Yəqin ki, bəzi “vətənpərvərlər” məntiqi zənciri tamamlayıblar..?



…SİA-nın məlumatına görə, Levada Mərkəzin son sorğusu göstərib ki, respondentlərin 64 faizi sülh danışıqlarını dəstəkləyir.

…Üç ay ərzində onların sayı 6 faiz artıb. Qadınlar və gənclər ən çox dinc dialoqun tərəfdarıdırlar (müvafiq olaraq 73faiz və 77 faiz).

…Xüsusi hərbi əməliyyatın davamını dəstəkləyənlərin sayı da eyni sürətlə azalır.

Belə ki, mart ayında respondentlərin 34 faizi “xüsusi əməliyyatı” dəstəkləyib, may ayında isə cəmi 28 faizi…

Bu tendensiyanın açarı FOM tərəfindən aparılan başqa bir sorğunun məlumatlarında ola bilər.

Orada iştirak edən rusiyalıların 18 faizi öz maliyyə durumlarını pis, 22 faizi isə vəziyyətin pisləşdiyini qeyd edib. Yəqin ki, bəzi “vətənpərvərlər” boş soyuducu ilə “xüsusi əməliyyat” arasındakı məntiqi zənciri tamamlayıblar.

Əli Babayev