Ukraynaya irimiqyaslı PUA hücumu olub
Bu gecə Rusiya Federasiyası növbəti dəfə Ukraynanın şəhər və qəsəbələrinə irimiqyaslı PUA hücumu həyata keçirir. SİA xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, Kiyevdə partlayış səsləri eşidilib. Səmadakı təhlükəli hədəflər hava hücumundan müdafiə vasitələri ilə vurulur.
“İran istehsalı olan “Shahid” tipli PUA qrupları Sumi bölgəsinin şərqindən şimalına və cənubuna uçur. Bir neçə qrup Sumı vilayətinin şimalında, cənubunda və şərqindədir – onlar Çerniqov/Poltava vilayətinə doğru gedirlər”, – məlumatda deyilir.
Saat 23:27-də Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının “Telegram” kanalı xəbərdarlıq edib ki, Kursk və Bryansk vilayətlərindən yeni dron qrupları Sumı vilayətinin şimalına daxil olur. “Shahid”lər aşağıdakı istiqamətlərdə qeydə alınıb:
- Sumy vilayətinin qərbində və mərkəzində bir neçə qrup Çerniqov vilayətinə doğru
- Çerniqov vilayətinin şərqində, qərbində, cənubunda və mərkəzindəki qruplar, Kiyev vilayətinə doğru
- Kiyevin cənubunda, paytaxta doğru
- Kiyev vilayətinin şimalında, Belarusla sərhəd boyunca qərbə doğru
- Şərqdə, Jitomir vilayətinin mərkəzində və qərbində, qərbə/cənub-qərbə doğru
- Poltava vilayətinin şərqində, qərbində və mərkəzində, Çerkassı vilayətinə doğru
- Kirovoqrad vilayətinin şərqində, qərbə doğru
- Dnepropetrovsk vilayətinin şimalında və şərqində, qərbə doğru gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə