Los-Ancelesdə miqrantların etiraz aksiyası kəskinləşib
ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın əsgərlərini göndərdikdən sonra Los-Ancelesdə miqrantların etiraz aksiyası kəskinləşir. SİA-nın məlumatına görə, aksiyanı dağıtmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər.
Yüzlərlə etirazçı Los-Anceles şəhərinin mərkəzindəki Metropolitan təcridxanasının qarşısına toplaşaraq saxlanılan miqrantların azad edilməsini tələb edir. 3 gündür davam edən aksiyalarda saxlananların sayı 100 nəfəri keçib.