Marseldə qətlə yetirilən İşem Mirauinin xatirəsinə səssiz yürüş keçirilib
Fransanın şəhəri Marseldə irqçi qonşusu tərəfindən öldürülmüş mənşəcə tunisli İşem Mirauinin xatirəsinə yüzlərlə insan səssiz yürüş keçirib. SİA xəbər verir ki, yürüş İşem Mirauinin ailəsi və onun vəkili Sefen Gezin iştirakı ilə baş tutub. Yürüşdə İ.Mirauinin ailəsi və yaxınları “İşem üçün ədalət” yazılmış köynəklər və “İrqçilik yenidən öldürdü, İşem üçün ədalət!” yazılmış pankartlar nümayiş etdiriblər.
“Biz öldürən irqçilik qarşısında respublikaçıları oyanışa çağırırıq. İnanıram ki, buna görə hökumətin ən yüksək rəsmiləri də daxil olmaqla, hər kəs məsuliyyət daşıyır”, – deyə ailənin vəkili S.Gez vurğulayıb. O bildirib ki, daxili işlər naziri “rədd olsun baş örtüyü” deyəndə belə qırğınlar da olacaq. Onun sözlərinə görə, miqrasiyadan danışanda əcnəbilər arzuolunmaz, rədd edilməli kimi təqdim olunur. Həmçinin o da qeyd edilib ki, İ.Mirauinin qatili məhz elə ideoloji cəhətdən silahlanmışdı.
İ.Mirauinin qatili 53 yaşlı Kristof B. bu qətl hadisəsindən əvvəl və sonra irqçi ideologiyasını qəbul etdiyini göstərən, ultra sağçı Main Lö Peni təriflədiyi, fransızları açıq şəkildə müsəlmanlara, o cümlədən afrikalılara qarşı ayılmağa və ölkəni onlardan təmizləməyə çağırış edən videolar yayımlayıb. Fransa bayrağına sədaqət andı içdiyini iddia edən Kristof sosial şəbəkə hesabında odlu silahların fotolarını da yerləşdirib.
Tunisin daxili işlər naziri Xalid Nuri fransalı həmkarı Brüno Rötayo ilə danışaraq, qətlə görə narazılığını bildirib. Fransanı bu cür hərəkətlərin qarşısını almaq üçün proaktiv yanaşma qəbul etməyə çağırıb.
Xatırladaq ki, mayın 31-də tunisli 35 yaşlı bərbər İşem Miraui qonşusu, atıcı olan Kristof B. tərəfindən 5 güllə yarası ilə qətlə yetirilib.