İqtisadiyyat

Azərbaycan I rübdə Gürcüstana birbaşa investisiyaları iki dəfəyədək artırıb


Bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 25 milyon ABŞ dolları təşkil edib. SİA bu barədə Gürcüstan Milli Statistika Xidmətinin materiallarına istinadən xəbər verir.

2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana investisiya qoyuluşu 12,7 milyon ABŞ dolları təşkil edib. Beləliklə, Azərbaycan 2025-ci ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına investisiyaları 96,8 % artırıb.

Qurumun məlumatına görə, hesabat dövründə Azərbaycan 13,9 % payla Gürcüstan iqtisadiyyatına sərmayə yatıran beşinci investor olub.

Ümumilikdə, I rübdə Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyalar 179 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % azdır.

2024-cü ildə Azərbaycandan Gürcüstana birbaşa investisiyalar 70,7 milyon ABŞ dolları təşkil edib.