Dünya

Los-Ancelesdə miqrantların etiraz aksiyası kəskinləşib


Kaliforniya ştatının qubernatoru Qevin Nyusom Tramp Administrasiyasını məhkəməyə verəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Qevin Nyusom ABŞ Prezidenti Donald Trampın etiraz aksiyaları ilə bağlı Milli Qvardiyanın əsgərlərini Los-Ancelesə göndərməsinə etiraz olaraq bu addımı atacaq. Demokratlar Partiyasından olan qubernator bu addımı qeyri-leqal, qeyri-əxlaqi və konstitusiya əleyhinə hərəkət adlandırıb. O bildirib ki, Prezident belə bir əmr verməzdən əvvəl ştatın qubernatoru ilə razılşdırmalı idi.

Sonuncu dəfə ABŞ-da Prezident 1965-ci ildə qubernatorun icazəsi olmadan Milli Qvardiyadan istifadə edib.