Gümüşün qiyməti 37 dolları keçdi
2025-ci ilin iyul ayında tədarük üçün nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 29 fevral 2012-ci ildən bəri ilk dəfə 37 dolları ötüb. SİA xəbər verir ki, bu barədə ticarət platformasından məlumat verilib.
Məlumata əsasən, gümüş qiyməti 1 troy unsiyası üçün 37,025 dollar (+2,41%) təşkil edib. Bakı vaxtı ilə saat 22:54-də gümüşün qiyməti artımını azaldaraq 36,985 dollar (+2,35%) səviyyəsində olub. Eyni zamanda, 2025-ci ilin avqustunda çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti 0,69% artaraq 1 troy unsiyası üçün 3 353,5 dollar təşkil edib.