İqtisadiyyat

Qaz tariflərinin müəyyən olunmasında aktiv rolumuz olub


Azərbaycanda qaz tariflərinin müəyyən olunması, onların müxtəlif təchizat sahələri üzrə hesablanmasında Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin çox aktiv rolu olub. SİA xəbər verir ki, bunu Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında – sözügedən sənədin müzakirəsi zamanı bildirib.

O bildirib ki, “Qaz təchizatı” haqqında qanun layihəsi çərçivəsində Tarif Şurası ilə əməkdaşlıq olunur: “Yeni qanun layihəsi çərçivəsində işlərə artıq başlanılıb. Biz bu istiqamətdə artıq Tarif Şurası ilə əməkdaşlıq edirik”.

O qeyd edib ki, son tarif dəyişikliklərində də Tarif Şurası ilə işbirliyi olub: “axmayaraq ki, bu səlahiyyətlərin layihədə 2028-ci ildə tətbiqi nəzərdə tutulsa, artıq həmin dövrə qədər biz müəyyən işlərin görülməsini, məsələn, metodologiyaların hazırlanmasını aidiyyatı dövlət qurumları ilə həyata keçiririk. Aidiyyəti dövlət qurumları ilə əlaqələrin qurulması sahəsində işlərimizi görürük”.