AMB “Bakı Fond Birjası”nı və onun vəzifəli şəxslərini cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Bakı Fond Birjası” QSC-ni (BFB) və onun vəzifəli şəxslərini cərimələyib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun BFB-də apardığı hərtərəfli yoxlamalar çərçivəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müəyyən edilmiş tədbirlərin vaxtında icra edilməməsinə görə Birja İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin qərarı ilə 6 000 manat , onun vəzifəli şəxsi isə 1 500 manat cərimələnib.
Bundan əlavə, BFB-də qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydalarının pozulmasına görə BFB-nin listinq komitəsinin sədri İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən 700 manat cərimə edilib.