Dünya

Məşhəd səması üzərində qırıcı təyyarələr havaya qaldırılıb


İran aviasiyasının qırıcı təyyarələri Məşhəd şəhəri üzərində havaya qaldırılıb. SİA xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

“İran aviasiyasının qırıcı təyyarələri Məşhəd səmasında görünür. Hələ heç bir rəsmi mənbə təyyarələrin səmada görünməsinin dəqiq səbəbləri barədə məlumat verməyib”, – yerli informasiya agentlikləri bildirib.