İsrail İrana hücumda “Hörümçək toru” taktikasından istifadə edib..?
…Bəzi iddialara görə, İsrail illərdir İranın nüvə və raket proqramlarına qarşı əməliyyata hazırlaşırmış.
Başqa iddialara görə, İsrail İrana hücum etmək üçün Ukraynanın “Hörümçək toru” əməliyyatının taktikasından istifadə edib.
Hazırlıqlara İran daxilində pilotsuz təyyarə bazasının yaradılması və ölkəyə dəqiq silahların və xüsusi təyinatlıların yerləşdirilməsi daxil edilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
İsrailin təhlükəsizlik rəsmisi nəşrə bildirib ki, əməliyyat İsrail Müdafiə Qüvvələri (IDF) və Mossad arasında sıx birgə planlaşdırmaya əsaslanır.
Sözçünün sözlərinə görə, Mossad agentləri İranda, Tehran yaxınlığında pilotsuz təyyarə bazası yaradıblar. Pilotsuz təyyarələr gecə saatlarında işə salınıb və İsraili hədəf alan yer-yer tipli raket buraxılış sistemlərini vurub.
Bundan əlavə, İrana gizli şəkildə silah sistemləri olan avtomobillər gətirilirdi.
Bu sistemlər İranın hava hücumundan müdafiəsini sıradan çıxararaq, İsrail təyyarələrinə İran ərazisi üzərində hava üstünlüyü və hərəkət azadlığı verib.
Əməliyyatın üçüncü gizli elementi İranın mərkəzindəki zenit qurğularının yaxınlığında dəqiq raketlərlə Mossad komandolarının yerləşdirilməsi olub.
Sözçü deyib ki, əməliyyatlar “yenilikçi düşüncə, cəsarətli planlaşdırma və qabaqcıl texnologiyadan mükəmməl istifadəyə, İranın mərkəzində fəaliyyət göstərən xüsusi təyinatlılara və agentlərə əsaslanıb, eyni zamanda yerli kəşfiyyat orqanlarının diqqətindən tamamilə yayınıb”.
Əli Babayev