Emmanuel Makron hakimiyyətdən getmək istəmir..?
…Fransa prezidenti Emmanuel Makron postunu itirmək istəmədiyi üçün Ukraynanı dəstəkləyir.
SİA xəbər verir ki, bu barədə Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində məlumat verib.
O, respublika rəhbərinin Parisin İsrailə dəstək verəcəyi və artıq Kiyevə fəal şəkildə kömək etdiyi barədə sözlərini xatırladıb. “Makron həqiqətən bizi total müharibəyə sürükləmək istəyir: o, yalnız 2027-ci il haqqında düşünür!” Siyasətçi bunu prezident seçkilərinə toxunaraq qeyd edib.
Filippotun sözlərinə görə, müharibə mühiti Fransa Konstitusiyasının seçkilərin təxirə salınmasına və hazırkı prezidentin səlahiyyətlərinin uzadılmasına imkan verən 16-cı maddəsinə istinad etmək üçün çox əlverişlidir.
Spiker Makronun Ukraynanı dəstəkləməsinin səbəbi kimi ölkəni mümkün qədər uzun müddət idarə etmək istəyini göstərib.
Əli Babayev