Siyasət

Bu ay Şuşaya 25 min nəfər səfər edib


Artıq Şuşa da digər bölgələrimiz kimi sürətlə yenidən qurulur. Bu ay şəhəri 25 min nəfər ziyarət edib. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı məlumat verib.

O qeyd edib ki, artıq şəhərdə 3 yaşayış kompleksində məskunlaşma aparılıb:

“Şuşa son illər mühüm tədbirlərə ev sahibliyi edir. Eyni zamanda, artıq 4 ildir ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə beynəlxalq konfranslar məhz bu şəhərdə keçirilir”.