Siyasət

geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir


Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və tədbirdə iştirak edən dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Konfransda bir sıra ölkələrin hakim partiyalarının rəhbərləri iştirak edirlər. Konfrans açılış mərasimindən sonra “Milli suverenlik, regional əməkdaşlıqvə qlobal təhlükəsizlik: yeni çağın siyasi paradiqmaları”, “Ədalət naminə həmrəylik: siyasi partiyaların rolu” və “Ortaq dəyərlər və süni intellekt: yeni təhdidlər və imkanlar” mövzularında panel sessiyalarla davam edəcək