İqtisadiyyat

İqlim fəaliyyətini sürətləndirən tərəfdaşlıqların gücləndirilməsi önəm kəsb edir


İqlim fəaliyyətini sürətləndirən tərəfdaşlıqların gücləndirilməsi önəm kəsb edir. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“OPEC Beynəlxalq İnkişaf Fondunun forumu çərçivəsində təşkil edilən “Resursların dayanıqlılığının təşviqi” adlı panel sessiyada çıxış etdik. Enerji, su və qida sistemlərinin qarşılıqlı əlaqələrindən düzgün istifadənin əhəmiyyətini vurğuladıq. Dayanıqlı inkişaf öhdəliklərinə əməl olunması, karbonsuzlaşma innovativ həllərin tətbiqi kimi faktorlar bu kontekstdə önəm kəsb edir”,- deyə o qeyd edib.