İqtisadiyyat

Quba, Qusar və Xaçmazda elektrik enerjisinin verilişində fasilə yaranacaq


Bu gün Quba, Qusar və Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, “Azərişıq”dan verilən məlumata görə, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən 35/10 kV-luq “Yeni Həyat” yarımstansiyasında bu gün profilaktik təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Qubanın Yeni Güləzi, Qusarın Atlıxan, Avaranqışlaq, Cağarpalasa, Çubuqlu, Kuzunqışlaq, Quxuroba, Ləgərqışlaq, Minaxür, Susayqışlaq, Zindanmuruqqışlaq, Xaçmaz rayonunun Həbibkənd kəndi və Yeni Həyat qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.