Siyasət

Bu gün TDT ölkələrinin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması barədə Əsasnamə imzalanacaq


Bu gün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması barədə Əsasnamə imzalanacaq. SİA xəbər verir ki, bunu Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimov Bakıda keçirilən TDT ölkələrinin Məhkəmə Şuraların Sədrlərinin 3-cü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu təşəbbüs ilk dəfə 2024-cü ilin may ayında İstanbulda keçirilən görüşdə irəli sürülüb və yüksək qiymətləndirilib:

“Bu gün həmin təşəbbüs konkret hüquqi əməkdaşlığımızın institutlaşması istiqamətində önəmli bir addımdır. Hesab edirəm ki, Əsasnamənin imzalanması ilə tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq. Bu çərçivədə birgə layihələrin icrası, elmi-tədris proqramlarının təşkili, hakimlərin etik və peşəkar hazırlığı, ortaq hüquqi tədqiqatların aparılması və davamlı təcrübə mübadiləsi üçün etibarlı bir platforma formalaşdırılacaq”.