İqtisadiyyat

Azərbaycan I rübdə valyuta ehtiyatlarını 3 milyard dollara yaxın artırıb


Bu ilin I rübündə Azərbaycanın strateji valyuta aktivləri 2,5 milyar ABŞ dolları artaraq 73,5 milyard ABŞ dollarına çatıb. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, rüb ərzində ölkənin ehtiyat aktivləri isə 413 milyon ABŞ dolları artıb.