Sosial

Bakıda çoxmərtəbəli binanın dam örtüyü və konstruksiyası üçün təhlükə yaradan tikililər sökülüb


Paytaxt Bakıda Azadlıq prospekti 13 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən SİA-ya bildirilib ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb, binanın dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradan bu tikililər sökülüb.