İqtisadiyyat

Azərbaycan BP ilə karbonsuzlaşma, kəşfiyyat və hasilat layihələrini müzakirə edib


Azərbaycan BP ilə ölkədəki fəaliyyəti, karbonsuzlaşma, kəşfiyyat və hasilat layihələri ilə bağlı fikir mübadiləsi aparıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bununla bağlı müzakirələr BP şirkətinin baş icraçı direktoru Marri Okinklosla görüşdə aparılıb.

M.Cabbarov bildirib ki, görüşdə Bakı Enerji Həftəsi (“Baku Energy Week”) çərçivəsində əldə edilmiş yeni razılaşmaların enerji sahəsində uğurlu strateji tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcəyini vurğulanıb: “Azərbaycanda bərpa olunan enerji layihələrində BP-nin fəal iştirakını yüksək qiymətləndirdik”.