Dövlət şirkətlərinin səhmlərinin yerləşdirilməsinin sadələşdirilməsi təsdiqlənib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Qiymətli kağızlar bazarı haqqında” dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda dövlətə məxsus səhmdar cəmiyyətlərinin səhmlərinin yerləşdirilməsi prosesi sadələşdirilir.
Bundan sonra dövlətə məxsus səhmdar cəmiyyətlərinin yeni səhmlərini dövlət orqanları (qurumları) və yaxud bütün səhmləri dövlətə məxsus digər səhmdar cəmiyyətləri əldə ediləcəyi təqdirdə həmin qiymətli kağızlar Azərbaycan Mərkəzi Bankının onların buraxılışını dövlət qeydiyyatına alması ilə yerləşdirilmiş hesab ediləcək.