Azərbaycanda növbəti torpaq hərracları elan edilib
İyulun 23-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycanın regionlarında 17 torpaq müsabiqəsi və 24 hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir.
Hərraclar ƏMDX-nın Gəncə, Mingəçevir, Lənkəran, Ucar, Bərdə, Beyləqan, Cəlilabad və Qəbələ ərazi şöbələrində olacaq. Müsabiqə və hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 41 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.