Rusiyalı keşiş hipermarketləri bağlamağa çağırır…
Bu dəfə işə lap baş keşiş özü qarışıb.
Belə ki, rusiyalı protoreys Maksim Minyailo Rusiyada demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün bazar günləri hipermarketləri bağlamağa çağırıb.
SİA-nın məlumatına görə, onun sözlərini URA.ru sitat gətirir.
…İnsan bazar ertəsindən cümə gününə qədər işləyir, sonra pul qazanmaq istəyən sən onu arabalarla bu mərtəbələrdə gəzdirirsən. Son gücünü də bu mağazada qoyur.
…Sevgi hara, ailə hara, uşaqlar hara?
Bunu keşiş soruşur.
Minyailo qeyd edib ki, bu gün insanlar təkcə maddi nemətlərin deyil, həm də bərpa imkanlarının – həm fiziki, həm emosional, həm də mənəvi cəhətdən çatışmazlıq yaşayırlar.
Bu problem xüsusilə gənc ailələr üçün aktualdır, onların ünsiyyət və istirahət üçün vaxtın olması vacibdir. Ona görə də insanların nəinki işləməsi, həm də tam istirahət etməsi üçün şərait yaratmaq vacibdir.
Daha əvvəl Rus Pravoslav Kilsəsinin (ROK) protokoşu Andrey Tkaçev bildirmişdi ki, rusların daha çox uşaq sahibi olmaq üçün pula ehtiyacı yoxdur, çünki əlavə maliyyə ödənişləri ölkənin demoqrafik vəziyyətinin yaxşılaşmasına kömək etməyəcək.
Tkaçevin fikrincə, Rusiyada demoqrafik vəziyyəti dəyişmək üçün “maddi stimulları” istisna etmədən “mənəvi və əxlaqi üsullardan” istifadə etmək lazımdır. O əlavə edib ki, elə problemlər var ki, onları “təbii yolla həll etmək olar, digərləri isə dua tələb edir”.
Əli Babayev