Dünya

Sentyabrdan rus məktəblərində Ukrayna dili tədris olunmayacaq…


Rusiya Federasiyası Təhsil Nazirliyi federal əsas ümumi təhsil proqramlarından (FOOP) təhsilin bütün səviyyələrində Ukrayna dilinin tədrisinə aid olan blokları çıxarmağa hazırlaşır.

SİA-nın məlumatına görə, bu məlumat federal normativ hüquqi aktlar portalında dərc olunan idarənin əmrində yer alır.

…Dünyada dəyişən geosiyasi vəziyyətlə əlaqədar olaraq, ibtidai ümumi, əsas ümumi və orta ümumi təhsil səviyyələrində federal təhsil proqramlarında Ukrayna dilinin istisna edilməsi baxımından dəyişikliklər edilir.

Bu, izahatda deyilir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən TASS-a bildirilib ki, ukrayna dilini öyrənmək imkanı seçmə fənlər (dərsdənkənar işlər) çərçivəsində qalacaq.

Məsələn, təhsil proqramlarında “Doğma (Ukrayna) dili” akademik fənni üzrə federal iş proqramı” adlanan 52, 68 və 72-ci bəndlərin qüvvədən düşmüş hesab edilməsi təklif edilir. Sərəncam layihəsində tarix, ictimai elmlər, rus dili, bədii qiraət, xarici (fransız) dili üzrə iş proqramlarında da dəyişiklik edilir.

Sərəncam bu il sentyabrın 1-dən qüvvəyə minir.

Nazlı Almuradova